İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın cüdo millisi Avropa kubokunda 8 medal qazanıb

679 25.07.2016 01:38 İdman A A
Çexiyanın paytaxtı Praqada gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.
 
Apasport.az saytının xəbərinə görə, yarışın sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub. Gənc cüdoçularımız millimizin aktivinə daha 3 medal yazdırıb.
 
Təmsilçilərimizdən Aslan Mirzəyev (90 kq) gümüş, Rüfət İsmayılov (81 kq) və Azər Yaqubov (60 kq) bürünc medal qazanıb.
 
Bununla da, gənc cüdoçularımız mötəbər yarışı 8 medal (1 qızıl, 3 gümüş və 4 bürünc) qazanaraq başa vurub.
 
Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunurdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR