18 iyul 2018-ci il tarixində Böyuk Britaniyada akkreditə olunmuş diplomatların və ölkənin təhsil üzrə müvafiq qurumlarının iştirakı ilə hər il ənənəvi olaraq Kings Kollecdə keçirilən Təhsil Konfransı keçirilib.
Musavat.com-a verilən məlumata görə, konfrans çərçivəsində Londonda yerləşən iyirmi beş minlik diplomatik korpus arasında təhsil məsələləri üzrə məsul şəxslərin il ərzində fəaliyyəti təhlil olunur. Yerli qurumlar, eləcə də təhsil mərkəzləriylə əməkdaşlığı və effektiv fəaliyyəti ilə fəqrlənən diplomatlar mükafatlandırılır.
Konfrasda Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinin birinci katibi Hüseyn Hüseynov xüsusi fəxri mükafatla təltif edilib. Mükafatı təqdim edən Londondakı diplomatik korpus arasında nüfuzlu "Embassy" jurnalının redaktoru Elizabeth Stewart bu mükafatın Azərbaycanda təhsil sahəsində gedən islahatların və gənc nəslin, həmçinin diplomatların sözügedən islahatlarda oynadığı vacib rolunun layiqli qiymətləndirilməsinin nəticəsi olduğunu bildirib.
Musavat.com






