İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın bölgələrində bulvar, park və istirahət məkanlarına giriş məhdudiyyəti götürülüb

658 04.05.2020 00:17 Son xəbər A A

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan başqa, respublikanın digər ərazilərində bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət bu gündən götürülüb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Bununla belə, xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Xüsusi karantin rejiminin müddəti mayın 4-də bitməli idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR