İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın beş idmançısı Dağıstanda uşu üzrə beynəlxalq turnirdə iştirak edəcək

229 04.12.2019 04:56 İdman A A

Dekabrın 6-8-də Azərbaycanın beş idmançısı Dağıstanda Əli Əliyev adına İdman Kompleksində uşu üzrə beynəlxalq turnirində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov, Emin Əskərzadə (hər ikisi 56 kq), Səfərəli Rzayev, Emin Abbasov (hər ikisi 60 kq) və Rasim Kərimov (75 kq) təmsil edəcək.

Hakim Elşən Rəsulzadə yarışlarda ədaləti qoruyacaq.

Azərbaycan komandası yarışda böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında mübarizə aparacaq.

Qeyd edək ki, beynəlxalq yarışda 10 ölkədən 600-ə yaxın idmançı qüvvəsini sınayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR