İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ağır atleti "Alexander Cup"da gümüş medal qazanıb - VİDEO

370 03.11.2019 19:26 İdman A A

Noyabrın 2-dən 4-dək Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq "Alexander Cup" turniri keçirilir.

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyevin "Report"a verdiyi məlumata görə, Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Bu gün Nailxan Nəbiyev 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 326 kq (145+181) nəticə ilə gümüş medala sahib olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR