İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı virusa görə qadağa rejiminə keçirən kişi - ...isus

12963 14.03.2020 11:33 Son xəbər A A

Bütün dünya indi onun ağzından çıxan hər sözə diqqət kəsilir, həyəcanlanır, xoş xəbərlər gözləyir. Çində yayılan koronavirus haqda da hamı ilk dəfə rəsmi olaraq ondan eşidib. «Koronavirus pandemiyadır» həyəcanını da dünyaya məhz o duyurub. İki gün əvvəl yeni virusun Avropada da pandemiya elan olunması onun imzası ilə gerçəkləşib. Martın 14-dən Azərbaycanda elan olunmuş karantin tədbirləri də onun və rəhbəri olduğu təşkilatın «işidir». Koronavirusa bağlı ən xırda ehtimallar belə dünyanın diqqətindəykən adı və soyadı bir az qəliz, «İsus» (İsa peygəmbər) kimi sirli assosiasiya doğuran bu kişi kimdir?

ÜST-də ilk afrikalı, həm də…

Tedros Adano Qebreisus elə bu qorxulu mart ayında Azərbaycandan çox-cox uzaqda, Efiopiyada anadan olub. 1965-ci Efiopiyanın Asmara şəhərində dünyaya gələn Tedros əvvəl Asmara Universitetində, sonra isə Böyük Britaniyanın Nottinqem Universitetində mağistr olub. Elmi adını da infeksion xəstəliklər və immunologiya sahəsində müdafiə etdiyi elmi işlə alıb. 55 yaşlı Tedros Ümumdünya Səhiyyə Təşkilatına sədrlik edən ilk Afrika təçəmsilçisidir. O, həm də ilk dəfə olaraq bu təşkilata bir neçə namizəd arasından seçilib.

Картинки по запросу "tedros"

Ümumdünya Səhiyyə Təşkilatı

ÜST səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir.

1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılıb. 1948-ci ilin aprel ayının 7-də təşkilatın nizamnaməsi qüvvəyə minib. Həmin gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir.

Üzv dövlətlərin sayı 190-dır. ÜST-ün əsas məqsədi "bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır". ÜST-ün ali orqanı bütün üzv dövlətlərin iştirak etdiyi Ümumdünya Səhiyyə Assambleyasıdır. O, hər il çağırılır. Assembleya təşkilatın ümumi siyasətini, fəaliyyət istiqamətini müəyyənləşdirir, səhiyyə sahəsində proqramlar hazırlayır, İcraiyyə Şurasının və baş direktorun hesabatlarını dinləyir, ÜST-ün büdcəsini müzakirə və qəbul edir.

Assambleyalararası dövrdə ÜST-ün fəaliyyətini Assambleya tərəfindən üç il müdətinə seçilən və 31 dövləti təmsil edən İcraiyyə Şurası həyata keçirir. İcraiyyə Şurası Assembleyanın qərarlarını həyata keçirir, onun gündəliyini hazırlayır, komitələr yaradır, fövqəladə xarakterli tədbirlər görür. ÜST-ün inzibati orqanı başda baş direktor olmaqla, Katiblikdir. ÜST-ün nəzdində altı regional təşkilat fəaliyyət göstərir.

Səhiyyə naziri və diplomat

Tedros ÜST rəhbəri seçilməzdən öncə 7 il Efiopiyanın səhiyyə naziri, daha sonra isə 2012-2016-cı illərdə Efiopiyanın xarici işlər naziri işləyib. Səhiyyə naziri olarkən ölkəsinin səhiyyə sisteminin inkişafı üçün mühüm işlər görüb. İlk növbədə milyonlarla insan səhiyyə sisteminin xidmətilərindən istifadə edə bilib. O, səhiyyə ocaqlarının yaradılmasına ciddi investisiyanın yatırılmasına nail ola bilib.

2017-ci ilin 1 iyulu…

Tedros ÜST rəhbəri kimi 2017-ci ilin 1 iyulunda vəzifəsini icrasına başlayıb. Onun əsas prioritetləri sırasında uşaqların, qadınların və yeniyetmələrin sağlamlıq problemləri, ətraf mühitin insan sağlamlığında rolu, eləcə də ÜST strukturlarında dəyişikliklər olub. Hələ Efiopiyada nazir işləyərkən dünyada QİÇS-ə və malyariyaya qarşı mübarizədə fəaliyyəti ilə tanınıb.
2009-cu ildə o, QİÇS, malyariya və vərəmə qarşı Qlobal Mübarizə Fondunun sədri seçilib.

İlk dəfə Bakıda

ÜST-ün baş direktoru Tedros Qebreisus 2018-ci ildə Azərbaycana ilk rəsmi səfərə gəlib.

Səfər müddətində baş direktor Vərəm üzrə Təlim Mərkəzində, Azərbaycanın Milli Onkologiya Mərkəzində olub. Səfər çərçivəsində ÜST direktoru prezident İlham Əliyev, səhiyyə naziri Oqtay Şirəliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Tedros beynəlxalq aləmdə səhiyyə sahəsində araşdırmaları və çoxsaylı elmi məqalə və araşdırmalarına görə mükafatlandırılıb.

2016-cı ildə Serbiya Bayrağı Оrceni ilə təltif edilib. Səhiyyə sahəsində yorulmaz fəaliyyətinə görə Cimmi və Rozalina Kafter Humanitar mükafatı alıb.

Orxan,
Musavat. com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR