“Azərbaycanfilm”in 90 illik yubileyi haqqında sərəncam verildi
APA-nın xəbərinə görə, sərəncama əsasən milli kinematoqrafiyanın inkişafında müstəsna xidmətləri olan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla tədbirlər planı hazırlayıb həyata keçirəcək.






