İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan növbəti ixrac missiyası Qazaxıstana gedir

1100 28.09.2018 21:28 İqtisadiyyat A A

“Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 30 sentyabr - 5 oktyabr tarixlərində Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə ixrac missiyası təşkil olunacaq.

"Report" Nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri Qazaxıstan şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda qida, eləcə də həmçinin inşaat və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən 29 şirkət daxildir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR