Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək.
Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Zəvvarların sonuncu qrupunu gətirən təyyarənin saat 21:00 radələrində Bakıya çatması nəzərdə tutulub.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.
Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.






