İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycandan ev almaq istəyirəm" - Oktay Kaynarca Bakıda izdihamın arasında qaldı - FOTOLAR

3280 29.11.2019 19:20 Şou-biznes A A

Oktay Kaynarca: "Mafia obrazları ilə topluma əslində, ibrətamiz mesajlar veririk"

"Bu, Bakıya üçüncü gəlişimdir. Ölkənizin qədrini bilin. Çünki çox gözəl ölkəniz var. Bakını gəzərkən düşündüm ki, buradan ev alım".

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyənin məşhur aktyoru Oktay Kaynarca jurnalistlərə açıqlamasında deyib.

"Park Bulvar"da siması olduğu mağazanın açılışına qatılan aktyor Azərbaycanı sevdiyini dilə gətirib: "Azərbaycanı sevirəm. Burada çox sevildiyimi bilirəm. Sizin yeməkləriniz də məşhurdur. Dəfələrlə dadmışam. Sizin yeməklərinizi sevərək yeyirəm".

O.Kaynarca Azərbaycandan film təklifləri aldığını, zamanı olmadığı üçün təklifləri qəbul etmədiyini bildirib.

"Eşkiya dünyaya hükümdar olmaz” serialının Hızırı "Oktay Kaynarcanı adətən, mafia obrazında görürük. Mafialar adam öldürən, "çirkli pullar" qazanan, qaranlıq adamlardır. Amma türk toplumunda mafia obrazlarına xüsusi sevgi var. Bunun səbəbi nədir" sualına belə cavab verib: "Əslində insanlara ailə, dostluq anlayışını təqdim edirik. Bu serialda onları çox yaxşı təqdim etdiyimizi düşünürəm. İnsanlara ibrətamiz mesajlar ötürürük".

Könül,
Musavat.com,
Fotolar Elçin Əkrovundur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR