İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycandan asılı olmaq istəmirik” - Puya Hüseyni FOTO

6973 12.01.2024 18:43 Son xəbər A A

“İran üçün şimala gedən ən təhlükəsiz yol Ermənistandan keçir”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan-İran Strateji Əməkdaşlıq İnkişaf Mərkəzi Fondunun rəhbəri Puya Hüseyni Ermənistan mediasına açıqlamasında deyib.

O, İranın anti-İran blokuna qoşulan və Tehranın əzəli düşməni İsraillə, eləcə də İranın regiondakı rəqibi Türkiyə ilə sıx əməkdaşlıq edən Azərbaycandan asılı olmaq istəmədiyini bildirib.

YOLİ.jpeg (37 KB)

“Ermənistan yolun özünə aid hissəsinin tikintisini nə qədər tez başa çatdırsa, bir o qədər yaxşıdır. İran tranzit ölkə kimi Ermənistana mütləq üstünlük verəcək. Rusiya və Hindistan da Şimal-Cənub dəhlizinin benefisiarlarıdır. Hindistan da Ermənistan marşrutu ilə maraqlanır. Amma çox şey Ermənistandan, nə qədər tez maliyyə tapıb yolu tamamlamasından asılıdır. Dəhlizin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi bir neçə il davam edəcək. İranın şimala, o cümlədən Xəzər dənizi ilə alternativ yolları var”, - Puya Hüseyni qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR