İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandakı Gənc Avropa Səfirləri maraqlı VİDEOÇARX hazırladı

1027 21.05.2022 23:04 Maraqlı A A

Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günündə Azərbaycandakı Gənc Avropa Səfirləri maraqlı videoçarx hazırlayıb.

Musavat.com xəbər verir ki, sözügedən videoçarx sosial mediada maraqla qarşılanıb.

Gənc Avropa Səfirləri qarşılıqlı anlaşma və davamlı inkişafı təşviq edən müxtəlif mədəniyyətləri və ənənələri qeyd ediblər.

Videoçarxın ərsəyə gəlməsində azərbaycanlı gənc səfirlər Aytac Möhsümzadə, Sabir Tağızadə, Firuzə Yunanova, Həvva Osmanova, Ziyarət Kərimova, Nüsrət İsmayılzadə və Rəfael Əzizli iştirak ediblər.

Qeyd edək ki, “Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən və Birləşmiş Krallıqdan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR