Azərbaycanda yeni doğulmuş körpələr arasında koronavirusa yoluxma halları aşkarlanıb.
Musavat.com Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssisi Erkin Rəhimov deyib.
Mütəxəssis bildirib ki, COVID-19-a yoluxma hər yaş qrupunda var: "Onlar arasında virusu ağır keçirənlər də var. Amma, yeni doğulan körpələr və azyaşlılar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər".






