İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yeni beyin mərkəzi - “Azərbaycan - Dünya” Beynəlxalq elmi-analitik mərkəz” fəaliyyətə başladı

738 21.04.2022 14:27 Sosial A A



Azərbaycanda yeni bir qurum - “Azərbaycan - Dünya” Beynəlxalq elmi-analitik mərkəz” İctimai Birliyi təsis olunub.

Bu barədə Musavat.com-a sosioloq Əhməd Qəşəmoğlu məlumat verib. Sosioloq qeyd edib ki, Beyin Mərkəzi olaraq fəaliyyət göstərəcək Mərkəz Azərbaycanın qələbə çaldığı 44 günlük müharibədən sonra, indiki dövrdə beynəlxalq aləmdə baş verən hadisələrin, xüsusilə Ukrayna ilə Rusiya arasında gedən müharibənin yaratdığı yeni şəraitdə  ölkəmizdə sabitliyin qorunması, arzuolunan tərəqqinin təmin olunması üçün müasir elmin köməyi ilə tövsiyələr hazırlamaq, yerli və beynəlxalq səviyyəli layihələr həyata keçirmək məqsədi ilə yaradılıb:

"Mərkəz milli birliyə nail olmaq, ziyalılarımızın intellektual potensialından daha səmərəli istifadə etmək, hökumətlə cəmiyyət arasında etimadlı münasibətlərin artırılması üçün konkret təşəbbüslər əsasında fəaliyyət göstərəcək.

Yaranmış yeni beyin mərkəzi xarici ölkələrdə müxtəlif təbəqələrlə, xüsusilə elmi, mədəni mühitlə daha sıx əlaqələr yaradılmasına, Azərbaycanın geniş şəkildə təbliğ edilməsinə böyük diqqət yetirəcəkdir. Ölkədə insan hüquqlarının, mənəvi dəyərlərin qorunmasına, əhalinin müxtəlif təbəqələri arasında qarşıdurmaların yaranmamasına, ahəngdar münasibətlərin qurulmasına  çalışılacaq. Mərkəzin qarşısına qoyduğu əsas vəzifə Azərbaycanı onun  tarixinə, mədəniyyətinə, iqtisadi potensialına uyğun səviyyədə bütün dünyaya daha yaxından  tanıtmaq  və  qabaqcıl xarici ölkələrin təcrübəsindən mədəni, elmi və texniki naliyyətlərindən ölkəmizin tərəqqisində geniş şəkildə istifadə edilməsi üçün fəaliyyət göstərmək, ölkənin ahəngdar inkişafına kömək etmək, bu sahədə ən müasir tələblərə cavab verən elmi təminat bazasını yaratmaqdır.
İndiki vaxtda ölkəmizin tərəqqisi, işğaldan azad etdiyimiz torpaqlarda quruculuq işlərinin aparılması, humanitar problemlərin həlli, ölkəmizin xaricdə, beynəlxalq təşkilatlarda daha yaxşı tanıdılması ilə bağlı fəaliyyətlərin daha uğurlu, əhatəli nəticələr verməsi üçün ziyalılarımızın xalqın mənafeyinə uyğun məqsədyönlü, ciddi fəaliyyətlərinə böyük ehtiyac vardır.

Mərkəz öz sıralarında ölkəmizdə və xaricdə fəaliyyət göstərən azərbaycanlı  və ölkəmizə dost olan tanınmış alimləri, böyük nüfuza malik olan ictimai xadimləri, diplomatları, iş adamlarını, müxtəlif sahənin mütəxəssislərini, diaspor fəallarını, mədəniyyət və incəsənət xadimlərini birləşdirir.
Mərkəz Cənubi Qafqazda, beynəlxalq aləmdə nüfuzlu bir platforma, qurum olmağa. başqa ölkələrdəki  bu tipli mərkəzlərlə əməkdaşlıq etməyə çalışacaqdır. Mərkəzdəki bütün  araşdırmalar, təhlillər müasir standartlara uyğun olaraq dərin elmi təhlillər əsasında həyata keçiriləcək. Bir nüfuzlu beynəlxalq təşkilat kimi xalqımızın və  dövrümüzün ən aktual problemlərinin müzakirələrini təşkil edəcək, problemlərin həlli yollarını axtaracaq".

Əhməd Qəşəmoğlu bildirib ki, gələcəkdə “Azərbaycan - Dünya” Beynəlxalq elmi-analitik mərkəz”inin nümayəndələri ölkənin regionlarında tanıtım görüşləri keçirməyi planlaşdırır:

"Mərkəzin ilk olaraq planlaşdırdığı layihə Beynəlxalq Zəngəzur Sammitinin keçirilməsidir. Layihənin əsas məqsədi Cənubi Qafqaz  bölgəsində sülh və əmin-amanlıq, siyasi sabitlik, iqtisadi tərəqqi proseslərinə kömək edən, bununla da dünya ölkələrin ölkəmizə diqqətinin artmasına,  bizim bölgəmizdə, postsovet məkanında ahəngdar, davamlı qarşılıqlı əlaqələrin yaranmasına kömək etməkdir. Yekun olaraq Zəngəzur nəqliyyat dəhlizinin açılmasına xidmət edən ciddi Platforma yaradılacaqdır.
Beyin mərkəzinin işində ölkəmizdə və xaricdə yaşayan, fəaliyyəti, nüfuzu, xalqımıza münasibəti ilə seçilən hər kəs iştirak edə bilər".

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR