Azərbaycanda videomüşahidǝ vasitələri ilə müəyyənləşən cinayətlərin sayı açıqlanıb.
Musavat.com xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, videomüşahidǝ vasitələrinin tətbiqi ilə 18,5 min hadisə, o cümlədən 17,3 min yol-nəqliyyat hadisəsi (410-u piyadaların vurulması ilǝ), 168 ictimai asayişin pozulması faktı, 217 yanğın və s. müəyyən edilib.
Bundan başqa, axtarışda olan 149, digər nəqliyyat vasitəsinə verilən qeydiyyat nişanı ilə idarə edilən 30 avtomobil müəyyənləşdirilib.
Musavat.com






