Azərbaycanda “vergi yığanlar” livanlı biznesmeni “Kalaşnikov”la yoxlayıblar
Həftəliyin əməkdaşı Livanın paytaxtı Beyrutdan Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə uçarkən təyyarədə iki livanlı biznesmenlə həmsöhbət olub. Onlardan biri, Fadi Nahas adlı iş adamı danışıb ki, ötən əsrin 80-ci illərinin sonlarından etibarən Türkiyədə yaşayıb və bizneslə məşğul olub. O, biznesə Ekvadordan banan idxal edib satmaqla başlayıb, daha sonra biznesini genişləndirib və Azərbaycanla da ticarət əlaqələri yaradıb. Biznesmenin danışdıqlarından məlum olub ki, o Azərbaycanda da şirkət açıb və bizneslə məşğul olub. Nahasın dediyinə görə Azərbaycanda bizneslə məşğul olduğu vaxtlarda bir dəfə onun ofisinə “Kalaşnikov” avtomatları silahlanmış “bir düjün vergi yığan” daxil olub. Onlar biznesmenin hesab-kitabını yoxlamaq istəyiblər. “Vergi yığanlar” biznesmeni qorxutmaq üçün onun kitablarına atəş açıblar, lakin o qorxmayıb və işini davam etdirib. Nahas danışıb ki, bir həftə sonra “vergi yığanlar” çıxıb gediblər. Biznesmen bunu “Livan reaksiyası” adlandırır. (musavat.com)






