İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda sürücünün avtomobildə yandığı hadisənin dəhşətli görüntüləri - Video

2345 20.09.2019 11:18 Hadisə A A

Ötən gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli yol qəzasının görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, "Mercedes" markalı avtomobil "Atəşgah" sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı avtomobillə toqquşub və aşaraq yanmağa başlayıb.

Bu zaman yaralı halda "Mercedes"in içərisində sıxılmış vəziyyətdə qalan 1 nəfər yanaraq ölüb. Bu, 1988-ci il təvəllüdlü Fuad Şahin oğlu Musazadədir.

"Hyundai-İX35"də olan "Atəşgah" sığortanın əməkdaşı Kamran Füzuli oğlu Atayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Maşının sürücüsü Anar Nəsir oğlu Rzayev qəza zamanı ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hadisənin görüntülərini təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR