Tərtər rayonunda baş verən insidentin təfərrüatı üzə çıxıb.
Oxu.Az-ın əldə etdiyi məlumatlara əsasən, Şahvələdov Qara Varad oğlu münaqişə zamanı gəlini Şahvələdova Əfsanə Fəxrəddin qızını “Niva” markalı avtomobili ilə vurub.
Nəticədə, qadın yüngül xəsarət alıb. Hazırda hər iki şəxs polis idarəsində dindirilir.
İlkin məlumata görə, münaqişə mülk üstündə olub.






