İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qatar 28 yaşlı qadının üstündən keçib

1133 16.08.2013 14:27 Hadisə A A
Bakı-Qazax marşrutu üzrə hərəkət edən sərnişin qatarı adam vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saat 8 radələrində Gəncə və Zazalı stansiyaları arasında baş verib.
 
Əkin sahəsindən qayıdan Gəncə sakini, 1985-ci il təvəllüdlü Mirzəyeva Səyyarə Ədil qızı dəmir yolunu keçmək istəyərkən relslərin üstünə yıxılıb.
 
Bu vaxt hərəkətdə olan qatar onun üstündən keçib.
 
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR