İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda problemli kreditlər ümumi kredit portfelinin 14%-nə çatıb

857 08.09.2017 18:03 İqtisadiyyat A A

Azərbaycanda vaxtı keçmiş kreditlər bu il avqustun 1-nə 1 812,8 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 2,1 mln. manat və yaxud 0,12% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 340,2 mln. manat və yaxud 23,1%, son 1 ildə isə 308,4 mln. manat və yaxud 20,5% artıb.

İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,1% olub. Bu nisbət iyunun sonunda 13,1%, ötən ilin sonunda və ötən il iyulun sonunda isə 9% təşkil edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR