İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda oğul atanı öldürmək istədi

695 17.09.2019 16:22 Hadisə A A

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzindəki evlərdən birində qeydə alınıb.

Göyçay rayon sakini - 1941-ci il təvəllüdlü Məmmədov Aydın oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində oğul atasına bir neçə bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib.

Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən A.Məmmədovun vəziyyəti kritik qiymətləndirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR