İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda mikroavtobusla evakuator toqquşub: ölən var

913 07.05.2021 10:43 Hadisə A A

Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun "Dördyol" adlanan hissəsində qeydə alınıb.

Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Emil Kamal oğlu Səmədovun idarə etdiyi "Ford" markalı mikroavtobus Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Nemət Allahyarovun idarə etdiyi "evakuator"un arxa hissəsinə çırpılıb.

Nəticədə sürücü E. Səmədov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun sərnişini, 1989-cu il təvəllüdlü Şamil Telman oğlu Bağırov hadisə yerində ölüb.

Hadisə nəticəsində evakuatorun apardığı Qazax rayon sakini, 1973-ci il təvəllüdlü Rövşən Cavad oğlu Əhmədova məxsus " Vita" markalı avtomobilə də ciddi ziyan dəyib.

Faktlabağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR