İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda itən və tapılması üçün 200 min manat mükafat vəd edilən şəxslə bağlı YENİ XƏBƏR

1828 24.11.2023 14:45 Hadisə A A

2022-ci ildə Zaqatalada yüksək dağlıq ərazidə itkin düşən hindistanlı trustin axtarışları Rusiya ərazisində davam etdirilir.

Musavat.com apa-ya istinadən xəbər verir ki, bu bardə itkin düşən Manikanth Kondaveetinin valideyinləri məlumat verib.

Məlumata görə, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Manikanth Kondaveetinin axtarışlarına Rusiya Fedarasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda axtarışlar Azərbaycan-Rusiya sərhədinin əks tərəfində, Dağıstan ərazisində gedir.

Qeyd edək ki, Hindistan vətandaşı Manikanth Kondaveetin 2022-ci ilin may ayının 12-də Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsinin yüksək dağlıq meşəlik ərazisində itkin düşüb. Azərbaycan ərazisində onunla bağlı uzun müddət axtarışlar aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR