İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda inkassator maşını aşıb, ölən və yaralanan var (Yenilənib)

3020 10.02.2014 13:00 Hadisə A A
Azərbaycanda inkassator maşınının qəzaya uğraması nəticəsində ölən və yaralananın adları məlum olub.
 
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində avtomobildə olan xəzinədar Cavad Bədəlov yerindəcə keçinib. Avtomobilin sürücüsü Emil Ağarzayev isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
 
Polisdən həmçinin bildirilib ki, qəzaya düşən inkassator avtomobilində olan pullara ziyan dəyməyib. Həmin pullar “Kapitalbank”ın başqa bir inkassator maşını ilə mənzil başına çatdırılıb.  

***

12.23

Azərbaycanda inkassator avtomobili qəzaya uğrayıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
 
“Kapitalbank”a məxsus inkassator maşını yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən biri ölüb, digəri isə ağır yaralanıb. Hazırda həmin şəxslərin kimliyi dəqiqləşdirilir.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR