“AZƏRBAYCANDA HACI MƏMMƏDOV SİNDROMU YAŞANIR”
Keçmiş MTN zabiti Ərəstun Oruclu bildirdi ki, Ramin Nağıyevin məlum açıqlamaları həqiqət ola da bilər, olmaya da: “Bu gün dəqiq fikir yürütmək çox çətindir. Ancaq dəqiq olan odur ki, Azərbaycanda Hacı Məmmədov həbs edildikdən sonrakı dövrdə də təhlükəli kriminalitet mövcud olub. Hacı Məmmədov məhkəməsində son çıxışında demişdi ki, bu, asminoqun açıqlanan tərəfidir, asminoqun caynaqları azadlıqdadır və görünəcək. O, peşəkar cinayətkar kimi çox düz demişdi. Şübhəsiz ki, o, asminoqu görüb, bilir və yaxşı tanıyırdı. Ona görə də məlum mesajı vermişdi. Görünür, başqa mesajlar da verə biləcəyindəndir ki, bu günədək cəzaçəkmə müəssisəsinə göndərilmir. Faktiki olaraq hələ də istintaq təcridxanasında saxlanılır. Bu günəcən Hacı Məmmədov sanki nəzarətdə saxlanılır. Hacı Məmmədovun da dediyində müəyyən həqiqətlər var idi. Zaman keçdikcə ortaya çıxan açıqlamalardan da görünür ki, onun dediyində həqiqət var imiş”.
Sabiq MTN zabiti Azərbaycanda Hacı Məmmədov həbs olunduqdan sonra bir neçə səs-küylü qanlı cinayətlərin törədildiyini xatırlatdı və qeyd etdi ki, kriminal hələ də qalmaqdadır: “Hələ həmin cinayətlərin üstü açılmır. Məsələn, general Rail Rzayevin qətlə yetirilməsi. Neft Akademiyasında həyata keçirilən terror aktı - hansı ki, bunu gülünc şəkildə üç gəncin ayağına yazdılar. Sevinc Babayevanın müəmmalı ölümü. Bunlar göstərir ki, Azərbaycanda Hacı Məmmədov sindromu yaşamaqdadır. Hakimiyyətdaxili qruplaşmalar arasında mübarizə kəskinləşdikcə, hakimiyyətin vahid idarəetmə mərkəzi zəiflədikcə, qruplaşmaların fəaliyyətində fəsadlar baş verdikcə yeni-yeni açıqlamalar ortaya çıxacaq. Açıq şəkildə görünür ki, kriminallaşma çox yüksək səviyyədə qalmaqdadır. Amma bu, ənənəvi kriminallaşma deyil. Azərbaycanda kriminalitetin mərkəzləşmiş, monopoliyaya alınmış və nəzarətə götürülmüş formasının mövcudluğu hiss olunur. O baxımdan da, məncə, hələ biz Elşad Abdullayevin də, Ramin Nağıyevin də açıqlamalarından daha sensasion açıqlamaların şahidi olacağıq. Bu gün beynəlxalq təşkilatları hədələyən, onları ölkədən qovmaqla hədələyən Azərbaycan rəsmilərinə həmin beynəlxalq təşkilatlardan onların əməlləri barədə adekvat cavablar gələcək. Bax onda biz həqiqətən sensasiyalarla üzləşəcəyik və başa düşəcəyik ki, Azərbaycanda dövlət orqanları hansı fəaliyyətlə məşğuldur”.