İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda əks-kəşfiyyatçıların sosial müdafiəsi gücləndirilir

1241 20.12.2021 12:54 Son xəbər A A

Milli Məclisin plenar iclasında Azərbaycanda əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb və qəbul edilib. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna yeni maddənin əlavə olunması təklif olunur.

Layihə barədə deputat Arzu Nağıyev məlumat verib. Həmin maddəyə əsasən, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edildi.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR