İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏTlİ QƏZA: Avtomobil kanala aşdı, iki nəfər boğularaq öldü - FOTO

1239 29.09.2022 09:55 Hadisə A A

Masallı rayonunda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Boradigah qəsəbəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb.

Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəkiləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri - 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadənin həyatlarını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR