İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə medal təsis edilib

430 14.01.2023 15:29 Ölkə A A

Azərbaycanda daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə medal təsis edilib.

Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

“Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən Azərbaycan daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif ediləcəklər.

Medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

d634eb16-0f75-3390-a410-7ed532779718.jpg (16 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR