İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda daha bir partiya özünü buraxdı: "Tərəqqi"nin son BƏYANATI FOTO

7423 29.04.2023 17:00 Siyasət A A

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. 

Musavat.com xəbər verir ki, Azərbaycan Tərəqqi Partiyası fəaliyyətini dayandırmaqla bağlı bəyanat yayıb. Həmin bəyanat eksklüziv olaraq Musavat.com-un redaksiyasına göndərilib.

Sənədi olduğu kimi təqdim edirik:

"Azərbaycan Tərəqqi Partiyası (ATP) 2 fevral 1999-cu il tarixində ölkənin nüfuzlu şəxsi kimi tanınan, keçmiş parlament deputatı Çingiz Sadıxovun (Dəmiroğlu) rəhbərliyi ilə təsis edilib və 2005-ci ildə rəsmi dövlət qeydiyyatına alınıb. Azərbaycan Tərəqqi Partiyasının yaranması Azərbaycan ictimai-siyasi müstəvisində həmin dövr üçün siyasi qarşıdurmalara rəvac verməmək, ölkəni dinc siyasi dialoq mühitinə yönəltmək məqsədi daşıyırdı. Məram və məqsədi mərkəzçi, barışdırıcı mövqedə olan Tərəqqi Partiyası təsis olunduğu gündən iqtidar-müxalifət arasında siyasi dialoqun, əməkdaşlığın tərəfdarı və təşəbbüsçüsü kimi çıxış edib. Dövlət və milli maraqlarımızı ali məqsəd tutaraq, partiya və şəxsi maraqlara qarşı çıxış edib. Ölkənin suverenliyi, ərazi bütövlüyü prinsipinə sadiq olmağı özünün ali məqsədi hesab edib və hər zaman bu prinsipə sadiqliyini nümayiş etdirir.

Tərəqqi Partiyasının sıralarında vaxtilə ölkənin ictimai-siyasi, iqtisadi və elm sahəsində səmərəli fəaliyyət göstərən təcrübəli, cəmiyyətin rəğbətini qazanmış mütərəqqi ziyalılar, həmçinin vətənpərvər gənclər üstünlük təşkil edib. Partiya təsis edildikdən dərhal sonra ölkənin siyasi müstəvisində fəal iştirak edən əksəriyyət partiyalarla iki tərəfli əməkdaşlıq sazişi imzalanıb. Partiya olaraq 2005, 2010-cu il Parlament seçkilərində, Prezident və Bələdiyyə seçkilərində aktiv iştirak edib. 2008-ci il Prezident seçkisində Azərbaycan Tərəqqi Alyansı (ATA) bloku yaradaraq, möhtərəm Prezident, cənab İlham Əliyevin apardığı siyasi kursu dəstəkləyərək, hamını seçkilərdə vahid namizədimizə səs vermǝyǝ çağırıb.

44 günlük Vətən müharibəsinə qədər və həmin günlərdə partiya olaraq Dövlətin, Ali Baş Komandanın, Silahlı Qüvvələrimizin yanında sıravi əsgər kimi həmişə hazır olduğumuz bəyan etmişik. Tarixi Zəfər Qələbəsindən sonra yaranmış yeni siyasi şəraiti, mövcud reallıqları, ölkəmizə qarşı yönələn məlum xarici təhdid və təzyiqlərə qarşı səfərbər olmaq üçün ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevin və Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın ətrafında daha möhkəm birləşməyə, Vətən, dövlətçilik, sabitlik naminə birgə olmağa və partiya olaraq siyasi fəaliyyətimizi dayandırmağa hazır olduğumuzu bəyan edirik. Partiyanın üzvlərinə və tərəfdaşımıza gələcək fəaliyyətlərində fəal olmağı və ölkəmizin güclənməsinə, tərəqqisinə töhfə verməyi məqsədəuyğun hesab edirik".

Musavat.com

WhatsApp Image 2023-04-29 at 14.38.48.jpeg (176 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR