İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda daha 3 siyasi partiya qeydiyyata alındı RƏSMİ

859 30.06.2020 17:16 Siyasət A A

Azərbaycanda 3 partiya qeydiyyata alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Prezident cənab İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafı, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsi və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülür, o cümlədən son aylarda 4 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.

Görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilmiş və qeydiyyata alınıb.

Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR