İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb -FOTO

226 26.10.2020 16:12 Son xəbər A A

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka" MMC tərəfindən Birləşmiş Millətlər Təşkilatının (BMT) 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən verilən məlumata görə, markanın üzərində 75 rəqəmi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında ucaldılmış "Zorakılığa yox" adlı heykəl formasında təsvir edilib.

Belarus Respublikasının Bobruysk şəhərində 5 min tirajla çap olunan markanın müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.

Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR