İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda auditorların işlərinin monitorinqinə başlanılır

Auditorlar Palatası auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, keyfiyyətsiz auditor xidmətinin göstərilməməsi və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir və həmin neqativ hallara qarşı mübarizəni qanunvericilik çərçivəsində davam etdirmək əzmindədir.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

“Bununla belə, təəssüf hissi ilə qeyd etməliyik ki, bir sıra auditorlar tərəfindən istər maliyyə hesabatlarının auditi, istərsə də digər əlaqəli xidmətlər göstərilən zaman ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının, Auditorların Peşə Etika Məcəlləsinin, İFAC-ın mövcud normativ sənədlərinin tələblərinə riayət edilməməsi səbəbindən göstərilən auditor xidmətinin keyfiyyəti aşağı olur ki, bunun da nəticəsində müvafiq dövlət qurumlarından, iş adamlarından və Auditorlar Palatasının üzvlərindən daxil olan müraciətlər son dövrlərdə artıb.

Bütün bu mənfi halların qarşısının alınması və Palata üzvlərinin də dəfələrlə Palataya olan müraciətlərini nəzərə alaraq, Auditorlar Palatası Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitənin “Auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Qaydalar”a təklif etdiyi dəyişikliklərə müvafiq olaraq, Auditorlar Palatasının üzvləri olan auditor təşkilatları və sərbəst auditorların apardıqları auditlərin operativ monitorinqinin həyata keçirilməsi məqsədilə Auditorlar Palatasında yaradılmış komissiya püşkatma keçirib.

Monitorinqin nəticələrinə uyğun olaraq auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditin nəticələri qiymətləndirilərək yeni qaydalarda nəzərdə tutulmuş dörd təsnifat qrupdan birinə aid ediləcək. Qaydalara uyğun olaraq monitorinqin nəticələrinə əsasən keyfiyyət göstəriciləri aşağı olan auditor təşkilatlarına və sərbəst auditorlara auditor xidməti göstərməsinə dair müəyyən məhdudiyyətlər tətbiq ediləcək.

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2021

BÜTÜN XƏBƏRLƏR