İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ailə dramı - Şəhidin qardaşı faciəvi şəkildə öldü - FOTO

943 08.11.2019 18:15 Ölkə A A

Noyabrın 6-da Xızı rayonu ərazisində baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən 48 yaşlı Ceyhun Abbasovla bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Xızı rayonunun Giləzi kəndindən keçən hissəsində "Hyundai" markalı maşının vurub öldürdüyü 1971-ci il təvəllüdlü Abbasov Ceyhun Ülfət oğlu şəhid qardaşı olub. Belə ki, mərhumun kiçik qardaşı Zaur Abbasov 1993-cü ildə Goranboy istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Hər iki qardaş doğulub böyüdükləri Xızının Baxşılı kəndində dəfn ediliblər.

Qeyd edək ki, yol qəzasında vəfat edən C.Abbasov xırda ticarətlə məşğul olurmuş.

Mərhumun fotosunu təqdim edirik.

Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR