İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda AĞIR QƏZA: xeyli sayda yaralı var

1889 05.01.2024 23:37 Hadisə A A

Bu gün Azərbaycanda iki ağır yol qəzası baş verib.

Musavat.com APA-ya istinadən bildirir ki, qəzalardan biri İsmayıllıda, digəri isə Cəlilabadda olub.

 İsmayıllıda "Hyunday" markalı avtomobilin idarəetməni itirərək ağaca çırpılması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 Qəza zamanı Qurbanəfəndi kənd sakini - 1966-ci il təvəllüdlü Alışanova Nəcibə Eldar qızı, 1959-cu il təvəllüdlü Osmanov Eldar Sadiq oğlu, 2002-ci il təvəllüdlü Alışanov Amil Fizuli oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu bildirilir.

 Faktla bağlı araşdırma aparılır.

Cəlilabadda isə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol nəqliyyat hadisəsi Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndi ərazisində qeydə alınıb.

 Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan "Qazel" markalı yük avtomobilinə çırpılıb.

 Hadisə nəticəsində iki nəfər Cəlilabad rayon sakini xəsarət alıb. Onlardan biri - 1997-ci il təvəllüdlü Fərid Qərib oğlu Musayev ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR