İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 4 uşaq anası işgəncəyə məruz qalıb

845 16.10.2019 00:22 Ölkə A A

Qəbələ rayonunda ailə münaqişəsi qanla nəticələnib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Solqıca kəndində qeydə alınıb. Kənd sakini, 1975-ci il təvəllüdlü Eyvazova Xalidə Süleyman qızı bədənin müxtəlif nahiyələrində qançır, yanıq və çapıq xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dörd uşaq anası olan X.Eyvazovaya ailədaxili münaqişə zamanı həyat yoldaşı Dəmir Eyvazov tərəfindən işgəncə verildiyi bildirilir.

Qadın uzun müddət işgəncəyə məruz qaldığını bildirib.

Faktla əlaqədar Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanıb. İşgəncədə adı hallanan Dəmir Eyvazov polis tərəfindən saxlanılaraq izahatı alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR