İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 20 yaşlı qızın yoxa çıxması ilə bağlı YENİ FAKTLAR FOTO

1415 22.11.2021 10:00 Gündəm A A

Cəlilabadda 16 gün əvvəl 20 yaşlı qızın itkin düşməsinin bir sıra təfərrüatlar məlum olub.

“Report”un Aran bürosu xatırladır ki, Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyeva Zəkirə Nadir qızı bu il noyabrın 6-da rayon mərkəzində itkin düşüb.

Anası Sevinc Quliyevanın sözlərinə görə, həmin gün qızı Zəkirə ilə birlikdə paltar almaq üçün bazara gediblər.

Onlar alış-veriş edərkən Z.Mirzəyeva nəyəsə reaksiya verərək əsəbləşib və əsəbi halda bazardan uzaqlaşıb.

Ana qızını çox axtarsa da, tapa bilməyib. Sevinc Quliyevanın sözlərinə görə, qızı bir neçə il öncə psixi travma alıb. Onun dili tutulub. Buna görə əsəbləri tam pozulub. Z.Musayeva Lənkəranda bu xəstəlikdən müalicə olunub.

Qeyd edək ki, Z.Mirzəyeva 15 gündür polis tərəfindən axtarılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR