İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 10 ayda əsas kapitala 12 mlrd. manat yönəldilib

652 15.11.2016 21:05 Ölkə A A
Azərbaycanda 2016-cı ilin yanvar-oktyabr aylarında əsas kapitala 11 mlrd. 889,2 mln. manat məbləğində vəsait yönəldilib.
 
Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, istifadə olunmuş vəsaitin 9 mlrd. 593,3 mln. manatı və ya 80,7%-i məhsul istehsalı obyektlərinin, 1 mlrd. 807,8 mln. manatı (15,2%-i) xidmət sahələri üzrə obyektlərin, 488,1 mln. manatı (4,1%-i) isə ümumi sahəsi 1 373,8 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
 
Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 mlrd. 866,3 mln. manatını və ya 40,9%-ini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 8 mlrd. 608,8 mln. manatı və ya 72,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR