İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana rəqib olan nəhəng layihə batmaq üzrə

2036 01.07.2020 21:16 İqtisadiyyat A A

Merkel ABŞ-ın “Şimal Axını-2”yə qarşı yeni sanksiyalarından danışdı

Almaniya kansleri Angela Merkel ABŞ tərəfindən yeni sanksiyalara məruz qalacaq “Şimal Axını-2” qaz kəmərini iqtisadi cəhətdən səmərəli hesab edir.

Bu gün ölkə parlamentinin üzvlərinin suallarını cavablandıran kansler kəmərin tikintisinin başa çatdırılmasının zəruri olduğunu bildirib: “Biz düşünürük ki, layihəni başa çatdırmaq doğru yoldur və bu ruhda da işləyirik”.

Merkelin sözlərinə görə, ABŞ-ın kəmərin tikintisini dayandırmaq üçün sanksiyaları daha da sərtləşdirməyə çalışması Almaniyada mövcud olan hüquqa uyğun gəlmir: “Biz siyasi aspektləri olan iqtisadi layihə ilə üzləşmişik”.

Kansler xüsusi olaraq vurğulayıb ki, kəmər işə düşdükdən sonra Ukrayna qaz tranzitçisi rolunu mütləq saxlamalıdır.

Qeyd edək ki, iyunun əvvəlində bir qrup senator ABŞ Senatına Rusiya qazını Ukraynadankənar ərazilərlə Almaniyaya çatdırmalı olan “Şimal Axını-2”qaz kəmərinin tikintisində iştirak edən şirkətlərə qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim edib. Layihə yalnız boruları düzəcək şirkətləri deyil, onları sığorta edəcək şirkətlərin də sanksiya siyahısına daxil edilməsini nəzərdə tutur. Keçən ilin dekabrında ABŞ kəmərin fiziki tikintisində çalışan şirkətləri sanksiya ilə hədələdikdən sonra “Şimal Axını-2”nin başa çatmaqda olan tikintisi dayandırılıb. Layihənin faktiki sahibi olan “Qazprom” şirkəti boruları özünün “Akademik Çerski” gəmisi ilə düzmək istəyirdi. Gəmi Almaniya ərazisinə çatsa da, sığortası olmadığına görə işə başlaya bilmir. Layihəyə əsasən borudüzmə ilə beynəlxalq səviyyəli şirkətlər tərəfindən sığortalanmış gəmilər iştirak edə bilər. ABŞ-da qəbulu gözlənilən yeni layihə isə sığortaçıları da əhatə edir.

ABŞ-ın yeni sanksiyaları “Şimal Axını-2”nin tikintisinin başa çatmasına yönəlmiş 700 milyon avroya qədər vəsaitin bloklanmasına səbəb olacaq. Layihənin operatoru olan Nord Stream 2 AG-nin mətbuat xidmətinin məlumatına görə, yeni sanksiyalar Avropanın 12-dən çox ölkəsindən olan 120-dən yuxarı şirkətə təsir edəcək. Yeni məhdudiyyətlər həmçinin Avropa Birliyinin enerji strukturuna qoyulmuş 12 milyard avro sərmayəni zərbə altında qoyur. Bunun 8 milyard avroya yaxını birbaşa “Şimal Axını-2”nin tikintisinə yatırılıb.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR