İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı təxribatda iştirak edən İqor Volodin vəzifədən qovuldu

2128 13.09.2023 21:10 Son xəbər A A

Yekaterinburq Yeni Dumasının spikeri Ural Federal Universitetinin sosiologiya və politologiya departamentinin 33 yaşlı direktoru Anna Qurariy olacaq.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edək ki, bu postda ondan əvvəl bu ilin avqustunda “Talış-Muğan Muxtar Respublikası” adlı qondarma qurumun ildönümü münasibətilə erməni dairələrinin təşkil etdiyi təxribat xarakterli tədbirdə iştirakı ilə dövlətlərarası qalmaqalla yadda qalan İqor Volodin olub.

Bundan əvvəl “Ural Meridian” xəbər agentliyi yazmışdı ki, bu münasibətlə Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə etiraz notasıgöndərmiş və qubernator Yevgeni Kuyvaşevə məktub yazaraq Yekaterinburq Duması rəhbərinin açıq-aşkar təxribat xarakterli tədbirdə iştirakını pisləmişdi.

Həmin bəyanatda bildirilmişdi ki, bu addım Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığa, habelə tərəflərin öhdəliklərinə ziddir.

Bundan sonra Rusiya mətbuatı Volodinin təxribat xarakterli hadisədə iştirakının bölgə rəhbərliyinin kəskin narazılığına səbəb olduğu və Azərbaycanın Rusiyadakı səfirliyindən üzr istəməli olduğu barədə məlumat yayıb. Eyni zamanda qeyd olunub ki, bu qalmaqalla əlaqədar Volodin yenidən Yekaterinburq Dumasının spikeri vəzifəsinə seçilməyəcək.(KONKRET.az)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR