İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCANA GƏLMİŞ ERMƏNİ ƏSİLLİ MENECERLƏ BAĞLI TƏKLİF VAR

1298 29.10.2011 09:35 Ölkə A A
Onlar Çuxanlıda olan reportyorlarımıza demişdilər ki, “Todini”də işləyən taciklərə 750, eyni işi görən azərbaycanlılara isə 90 manat maaş verilir. Üstəlik, hər fürsətdə şirkət rəhbərliyi onları təhqir edir, azərbaycanlıları oğru adlandırır. Bununla bağlı müzakirə aparanların bir çoxu erməni əsilli birinin ölkəyə buraxılmasından hiddətləndiklərini bildirir, hüquq mühafizə orqanlarını ittiham edirlər: “Azərbaycanın hüquq mühafizə orqanları bir erməninin, azərbaycanlıların qanını tökmüş düşmən millətin nümayəndəsini ölkə ərazisinə niyə buraxıblar ki, o da gəlib ölkəmizdə bizi təhqir edir, aşağılayır? Necə olur ki, gömrükdə toyuq ətinin olduğu qutuların üstündə başqa dillərlə yanaşı erməni dilində nəsə yazılanda o malın ölkəyə girişinə qadağa qoyulur, amma diri ermənini buraxırlar?!”
Məsələ ilə bağlı İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadovanın da münasibətini öyrəndik. İ.Cavadova təhqir olunan fəhlələrin hüquq-mühafizə orqanlarına müraciət etmək hüquqlarının olduğunu söylədi: “Ümumiyyətlə, ayrı-seçkilik etmək, kimisə təhqir etmək yolverilməzdir. Bu halda isə təhqir edənin milliyyətcə erməni olması da məsələni köklü şəkildə dəyişmir. Bilirsiniz ki, Azərbaycanda 30 mindən çox erməni var və onlar çox normal yaşayırlar. Halbuki Ermənistanda 1 azərbaycanlı da yoxdur. Amma Cottozinin erməni olması ortaya çıxıbsa, MTN bununla maraqlanmalıdır. Bəlkə onu hansısa tapşırıqları, fikirləri var deyə azərbaycanlılara qarşı belə davranış sərgiləyir? Bununla MTN əməkdaşları mütləq ilgilənməlidir”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, Salyandakı fəhlə üsyanı ilə bağlı yol çəkilişini maliyyələşdirən Dünya Bankına və yol çəkilişi ilə bağlı tenderi elan edən “Azəryolservis”ə müraciət ünvanlayıblar. Hüquq müdafiəçisi Dünya Bankının müraciətə cavab verdiyini, lakin “Azəryolservis”dən hələ də cavab almadıqlarını demişdi.
“Azəryolservis”in mətbuat xidmətinin rəhbəri Gülxan Mürsəlovla əlaqə saxlayıb müraciətlə bağlı araşdırma aparıb-aparılmaması ilə maraqlandıq. Xidmət rəhbəri məsələ ilə bağlı yaxın günlərdə məlumat verəcəyini söylədi.
Qeyd edək ki, Ələt-Astara yolunun tikintisi bu ilin fevralında başlanıb və 2013-cü ildə başa çatacaq.
Mövzunu diqqətdə saxlayacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR