Azərbaycana 54 min pirotexniki vasitə keçirmək istəyən şəxs saxlanıldı - VİDEO
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “OKA” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
ARB TV xəbər verir ki, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 54040 ədəd pirotexniki vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.






