İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yük avtomobillərinin istehsalını artırıb

2374 25.01.2016 23:23 Son xəbər A A
2015-ci ildə Azərbaycanda 385 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin göstəricisini 35,6 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin ötən ilin yekunu üzrə hesabatında deyilir.

Hesabata görə, qeyd edilən dövrdə Azərbaycanda 728 minik avtomobili istehsal edilib ki, bu da 2014-cü ilin göstəricisindən 60,9 faiz azdır.

2015-ci ildə ölkədə 955 traktor istehsal edilib. Bu, 2014-cü ilin göstəricisindən 24,5 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod – Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR