İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yığması Uelsə məğlub olub

2586 16.11.2019 21:53 İdman A A

Azərbaycan millisi “AVRO-2020”-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Nikola Yurçeviçin baş məşqçi olduğu komanda Uels yığmasını qəbul edib.

“Bakcell Arena”da keçirilən qarşılaşma Azərbaycan millisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşdə ilk qol 10-cu dəqiqəyə təsadüf edib. Küncdən zərbədən sonra Kiffer Mur hesabı açıb.

Qonaq komanda ikinci qolu 34-cü dəqiqədə vurub. Harri Uilson topu boş qapıdan keçirib.

Bu nəticədən sonra Uels millisi 11-ci xalını qazanıb və hələlik üçüncü pilləyə yüksəlib.

Azərbaycan yığması isə 7 oyundan sonra bir xalla sonuncu - beşinci pillədə qərarlaşıb. “E” qrupunun digər matçında Xorvatiya Slovakiyanı qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdəki son oyununu noyabrın 19-da Trnavada Slovakiyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

****

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Uels matçında ilk hissə yekunlaşıb.

APA-nın məlumatına görə, xorvatiyalı Nikola Yurçeviçin rəhbərlik etdiyi yığma fasiləyə 0:2 hesabı ilə məğlub durumda yollanıb.

***

Saat. 21:36

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Uels ilə görüşdə qapısından daha bir qol buraxıb. 

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 34-cü dəqiqəsində Harri Uilsonun zərbəsi dəqiq alınıb - 0:2. 

***

Saat. 21:11

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Uels ilə görüşdə hesabda geri düşüb. 

APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 10-cu dəqiqəsində qonaqların heyətində Kieffer Mur fərqlənib - 0:1. 

***

Saat. 21:00

Bu gün Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində son ev matçını keçirəcək.

Apasport.az-ın məlumatına görə, Nikola Yurçeviçin yetirmələri Uelslə görüşəcək.

Bu, komandamız üçün formal xarakterli matç olacaq. Çünki yığmanın E qrupunda sonuncu yeri tutması rəsmiləşib.

Milli təsəlli xarakterli ilk qələbə üçün mübarizə aparacaq. Aktivində yalnız bir xal olan yığma “Bakcell Arena”da rəqibini büdrətmək əzmindədir.

Final mərhələsinə vəsiqəyə iddia edən böyük britaniyalılar bunun üçün mütləq qalib gəlməlidir. Çünki xal itkisi Rayan Giqqizin yetirmələrini kənarda qoya bilər.

Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.

AVRO-2020-nin seçmə mərhələsi
IX tur
16 noyabr
E qrupu
21:00. Azərbaycan – Uels
Hakimlər: 
Dəniz Aytekin, Eduard Beitinger, Rafael Foltin, Kristian Dingert (hamısı Almaniya)
Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar  Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda, 21. Pavel Paşayev
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi Cənnətov, 8. Emin Mahmudov, 9. Vüsal İsgəndərli, 10. Ağabala Ramazanov, 14. Elvin Camalov, 15. Şəhriyar Əliyev, 16. Abbas Hüseynov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 22. Cavid Hüseynov
Baş məşqçi: Nikola Yurçeviç
Uels: 1. Ueyn Hennessi, 4. Ben Devis, 5. Kris Mepham, 7. Harri Uilson, 11. Qaret Beyl (k), 13. Kieffer Mur, 14. Konnor Roberts, 15. Ethan Ampadu, 16. Tom Lokyer, 18. Co Morrell, 20. Daniel Ceyms
Ehtiyat oyunçular: 12. Adam Devis, 21. Tom Kinq, 2. Kris Qunter, 3. Ceyms Laurens, 6. Eşli Uilyiams, 8. Metyu Smit, 9. Sem Vokes, 10. Aron Remsi, 17. Dilan Levitt, 19. Tayler Roberts. 22. Rabbi Marondo, 23. Uill Vaulks
Baş məşqçi: Rayan Giqqz
Bakı. “Bakcell Arena” stadionu

1

Xorvatiya

7

4

2

1

14-6

14

2

Macarıstan

7

4

0

3

8-9

12

3

Slovakiya

6

3

1

2

10-8

10

4

Uels

6

2

2

2

6-6

8

5

Azərbaycan

6

0

1

5

5-14

1

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR