İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yığması təyyarəyə gecikdi, qoyun-keçi qapma yarışında texniki məğlubiyyət aldı

1378 21.08.2017 20:11 İdman A A

Azərbaycanın yığma komandası Qazaxıstanda keçirilən kopkar üzrə dünya çempionatında texniki məğlubiyyət alıb. Virtualaz.org xəbər verir ki, buna səbəb komandanın təyyarəyə gecikməsidir.

Kopkar Orta Asiya türklərinin qədim milli oyunlarından biridir, mənası at üstündə şığıyıb qoyun-keçi qapmaqdır. Çovqan oyunularının bir tipidir.

“Azərbaycan tərəfi zəng vurdu və bildirdi ki, onlar reysə gecikiblər. Onlar mandat komissiyasından keçməyiblər, deməli dünya çempionatında iştirak edə bilməyəcəklər”-kopkar üzrə dünya çempionatının baş katibi Yerlan Ospanov jurnalistlərə bildirib.

Bildirilir ki, Azərbaycan yığma komandası çempionatın birinci günü Çin komandası ilə qarşılaşmalıydı. Lakin komanda oyuna çıxmadığından avtomatik olaraq çinlilərə texniki qələbə verilib.

Kopkar üzrə Qazaxıstanda keçirilən dünya çempionatında dünyanın müxtəlif ölkələrindən 300-dən çox idmançı iştirak edir. Yarışlar avqustun 20-dən 28-nədək Astanadakı “Kazanat” ippodromunda keçiriləcək. Çempionatın ümumi mükafat fondu 18 milyon təngədir.

Qaydalara görə at üstündə yarışan idmançılar keçi cəmdəyini xatırladan rezin mulyajı qaparaq onu əldə saxlamalı, komanda yoldaşları ilə oynayaraq rəqibin qapısına tullamalıdır. Oyunların təşkilatçısı türk xalqlarının ənənəvi oyunları Assosiasiyasıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR