17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçirəcək.
APA-nın məlumatına görə, milli komanda iyunun 7-dən 11-dək Bakıda, iyunun 12-dən 15-dək Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanışında olacaq .
Komandamız iyunun 13-də və 15-də balkanlıların müvafiq yaş qrupundan ibarət yığması ilə yoldaşlıq oyunları keçirəcək. Məşqçilər korpusu toplanışa 24 futbolçu dəvət edib. Bu futbolçulardan Eldar Tağızadə komandaya Zenitsa şəhərində qoşulacaq.
1 Elgün Bayramov Neftçi
2 Eldar Tağızadə Fundacion Marcet (İspaniya )
3 Amin Ramazanov Lokomotiv (Moskva, Rusiya(
4 Rəşad Həsənov Keşlə
5 Cəlal Hüseynov Zirə
6 Raqib Abışov Sabah
7 Nikita Pesotski Certanovo (Moskva, Rusiya)
8 Ülvi Mədətov Qəbələ
9 Zöhrab Əsədov Qarabağ
10 Mirəli Əhmədov Neftçi
11 Elnur Mirzəyev Zirə
12 Nihad Cəfərov Neftçi
13 Rauf Rüstəmli Qəbələ
14 Sənan Aslanov Turan Tovuz
15 Musa Musazadə Qarabağ
16 Vüsal Qənbərov Sabah
17 Vüsal Əliyev Zirə
18 Fidayi Əzizli Qarabağ
19 Fərman Teymurov Atlet (Ukrayna)
20 Kamal Kazımov Keşlə
21 Mehrac Baxşəliyev Qəbələ
22 Nurəli Nurəliyev Zirə
23 Mirmövsüm Canıyev Qarabağ
24 Ayxan Cabbarov Göteborq (İsveç)






