İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Xorvatiya oyununa bilet satan 3 nəfər saxlanıldı: "Qara bazar"da əməliyyat - FOTOLAR

1772 09.09.2019 19:24 İdman A A

Bu gün millimiz Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxır.

Azərbaycan komandası dünya ikincisi Xorvatiya millisi ilə qarşılaşır.

‌Musavat.com-un müxbiri xəbər verir ki, oyunun keçiriləcəyi "Bakcell Arena"nın qarşısında yüzlərlə azarkeş bilet axtarışındadır. Stadionun tutumu az olduğuna görə, günorta saatlarından biletlər bitib. Azarkeşlər bu cür qarşılaşmanın "Bakcell Arena"da keçirilməsini narazılıqla qarşılayırlar.

Təəccüblü məqamlardan biri də biletlərin "Qara bazar"a yönəldilməsidir.

Oyunu izləməyə gələnlər biletlərin dünəndən bitdiyini bildirdilər. Onlar iddia edirlər ki, biletlərin çoxu "qara bazar"a satılıb: "Dünəndən bilet tapa bilmirik. Sən demə, hamısı qara bazarda imiş. Bir neçə dəqiqə əvvəl burada biletlər əllərdə satılırdı. Polislər 3 nəfəri saxladılar. Digərləri isə qaçdılar. Əllərində paçkalarla bilet var idi. Birinin əlində 100-ə yaxın bilet olardı. 2 manatlıq bileti 10-12 manata satırdılar. Maraqlıdır ki, bu qədər bileti necə əldə ediblər? Bir nəfər maksimum 2 bilet ala bilər".

Qeyri-qanuni şəkildə bilet satan şəxslərin saxlanılması xəbərini Azərbaycan-Xorvatiya oyununda stadionu mühafizə edən polis əməkdaşları da təsdiqlədi. Bildirdilər ki, həmin 3 nəfər aldıqları 2 manatlıq biletləri 10 manata satırlarmış.

 

Məğrur,
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR