İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan XİN rəhbəri: “Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır, onlar heç də hər zaman səni eşitmirlər”

538 07.03.2017 18:52 Gündəm A A

“Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə öz baxışı var. Bu, strateji tərəfdaşlıq münasibətləridir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı bildirib.

"Biz Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsinin müəyyən edilməsinə başlamışıq", - deyə o qeyd edib.

Azərbaycan-ABŞ münasibətlərinə toxunan E. Məmmədyarov bildirib ki, Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır: “Onlar hər zaman səni eşitmirlər. Bununla belə münasibətlərimiz olduqca möhkəmdir. Biz Əfqanıstanla bağlı da birgə fəaliyyət göstəririk. ABŞ-la tərəfdaşlıq münasibətlərimiz olduqca uğurlu inkişaf edir. Lakin insan hüquqları sahəsində Rusiya kimi bizi də tənqid edir. Bu oyunun qaydası belədir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR