İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vətəndaşı İstanbulda silahını təmizləyərkən ehtiyatsızlıqdan dünyasını dəyişdi

1471 26.03.2021 16:45 Gündəm A A


Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı Nihad Əliyev xəstəxanada vəfat edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə İstanbul şəhərində Beşiktaşda yerli vaxtla saat 23:00 radələrində baş verib.

Şahidlərin ilkin ifadəsinə görə N.Əliyev silah ilə ehtiyatsız davranması nəticəsində silah açılıb və güllə onun baş nayihəsindən girib. Nəticədə N.Əliyev ağır yaralanaraq xəstəxanaya aparılıb.
Ağır yaralanan N.Əliyev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR