Azərbaycan və Ukrayna beynəlxalq alyansının rəhbəri ordenlə təltif olunub
Kiyev və bütün Ukraynanın patriarxı Filaret öz iqamətgahında Azərbaycan və Ukrayna beynəlxalq alyansının rəhbəri Elmar Məmmədovu qəbul edib. Bu barədə patriarx Filaretin saytında xəbər verilib.
Musavat.com Ukrayna mediasına istinadla xəbər verir ki, görüş zamanı Elmar Məmmədovun Ukrayna xalqı qarşısında xidmətləri qeyd olunub və buna görə o, ikinci dərəcəli Böyük Vladimir ordeni ilə təltif edilib.
Patriarx Filaret Elmar Məmmədova iki xalq arasında dostluq münasibətlərinin inkişafında xidmətlərinə görə təşəkkürünü bildirib. E.Məmmədov öz nöbəsində Ukrayna patriarxına minnətdarlıq ifadə edib.
Musavat.com






