"Azərbaycan və Türkiyə üçüncü qüvvənin təsirini dəf edəcək gücdə olanda..." - "Star" qəzetinin yazarı
“Star” qəzetinin köşə yazarı, Hakan Albayrak Türkiyənin yeni seçilmiş baş naziri Əhməd Davudoğlunu tənqid edənlərə sərt yazı ilə cavab verib.
Avropa.info həmin yazını qısa ixtisarla təqdim edir.
"Ərdoğan təxribatçılara aldanmayaraq lazım olan addımı atdı. Ərdoğan lazımlı məqamda Davudoğlunu Türkiyənin baş naziri olacağı məsələsini gündəmə gətirərək bütün söz-söhbətlərə aydınlıq gətirdi. Bəs provakatorlar nə deyirdi? “Davudoğlu Türkiyəni macəraya sürükləyir” “Hər kəslə düşmən etdi” “Qonşularla sıfır problem deyib, sıfır qonşu nöqtəsinə gəldi” “Bacarıqsız".
Həqiqət bəs nədir?
Bir zamanlar Yunanıstanı bizə əbədi düşmən kimi təqdim edirdilər, hazırda münasibətlərimiz normallaşıb. Sarayeva, Belqrad , Zaqreblə "BENLUX" kimi olduq. Gürcüstanla münasibətlərimiz çox gözəl nöqtəyə gəldi. Qarabağ probleminə görə, Ermənistanla problemlərimiz davam etsə də, Türkiyədə ermənilərə münasibət daha yaxşılaşıb, bunu da gələcək üçün edirik.
Azərbaycanla münasibətimiz hər zamankı kimi yaxşıdır. Qarşılıqlı istək və sifarişlərimizi rəsmi məsələlərə qarışdırmadan həll edirik. Rəsmiyyətdə də "İki dövlət bir millət" anlayışını qoruyub saxlayırıq. Üçüncü ölkənin təsirini dəf edəcək qədər qüvvətlənəndə bu fikir özünü bir daha təsdiqləyəcək. Hətta münasibətlərimizin düşündüklərimizdən də yaxşı olacağını ümid edirəm.
Azərbaycanla münasibətlərimiz isə daha da inkişaf edib. "Bir millət iki dövlət" prinsipi daha da irəliləyib. Pakistanla münasibətlərimiz daha da yaxşılaşıb. Əfqanıstanal da Taliban da daxil olmaqla münasibətlərimiz normallaşmaya doğru gedir. Rusiyaya qarşı açıq formada müdafiə etdiyimiz ukraynalıların qəhramanı olduq. Amma bu sürəcdə Rusiya ilə də münasibətlərimizi korlamadıq.
Suriya məsələsində belə Rusiya ilə mövqeylərimiz toqquşmadı, bir yerdə nazirlər toplantısı keçirdik Rusiya ilə birgə Çin və İranla da Suriya məsələsində mövqelərimiz toqquşmadı. NATO üzvü olmağımıza baxmayaraq Çinlə raketdən müdafiə sistemləri barədə razılığa gəldik, İrandan aldığımız qazın qiymətinin endirminə dair bu ölkə ilə razılığa gəldik. Kürdüstan bölgə yönətimi ilə qorxu, savaş məsələlərini bir kənara qoyub masa arxasına oturaraq konfederasiya yaratmaq məsələsini belə müzakirə etdik.
Netenyahu, Əsəd, Sissimi? Buraxın onların başını, onlara qarşı pis olduğumuz kimi, yenə də pis olaq. Zatən, prosesin də hələ davam etdiyini, son sözün hələ söylənilmədiyini də unutmayaq".






